AZ

Avropa çempionatı: Daha 3 qadın güləşçimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) yarışa təsnifat, Birgül Soltanova (65 kiloqram) 1/4 finaldan başlayacaq.

Günay Qurbanova (59 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Jalə almaniyalı Amori Andriçlə üz-üzə gələcək, Ruzanna Ukrayna təmsilçisi İlona Prokopevnyuku sınağa çəkəcək, Birgül isə rumıniyalı Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə belaruslu Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Seçilən
61
8
fanat.az

10Mənbələr