AZ

Neft bazarındakı vəziyyət xeyli dərəcədə daha gözlənilməz olub - SOCAR Trading

Bakı. Trend:

Neft bazarındakı vəziyyət xeyli dərəcədə daha gözlənilməzolub.

Trend xəbər verirki, bunu Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarətivə logistika üzrə İkinci Forumda “SOCAR Trading” şirkətinin ticarətəməliyyatları üzrə icraçı direktor vəzifəsini icra edən TağıTağızadə bildirib.

“2019-cu ildən başlasaq, bir sıra hadisələrin şahidi olmuşuq:əvvəlcə 2019-cu ildə Səudiyyə Ərəbistanında baş verən hadisələr,sonra COVID-19 pandemiyası, daha sonra Rusiya-Ukrayna münaqişəsininbaşlanması və indi isə Hörmüz boğazı ətrafında gərgin vəziyyət,hətta münaqişə”, – deyə o bildirib.

T.Tağızadə qeyd edib ki, Hörmüz boğazı ətrafındakı vəziyyət nefttədarükü baxımından dünyanın üzləşə biləcəyi ən ekstremalssenarilərdən biri kimi müxtəlif tədqiqatlarda, tədris kurslarındavə müzakirələrdə daim nəzərdən keçirilib.

“Hazırda isə biz faktiki olaraq bununla qarşı-qarşıyayıq.Maraqlısı budur ki, adətən boğazın bir gün, üç gün, bir həftəbağlanacağı halda nə baş verəcəyi müzakirə olunurdu. İndi isə artıqbu hadisənin ikinci ayının sonuna yaxınlaşırıq və vəziyyətin necəinkişaf etdiyini izləməyə davam edirik. Qeyd etmək vacibdir ki,müasir bazarlar böyük ölçüdə xəbər başlıqlarının təsiri altındaformalaşır və hazırda biz son dərəcə volatilliyi yüksək olanbazarla qarşı-qarşıyayıq. Münaqişənin ilkin mərhələsindən fərqliolaraq, o zaman hər şeyin bir istiqamətdə inkişaf etdiyigörünürdüsə, indi vəziyyət xeyli daha gözlənilməz olub. Biz hələ dəFars körfəzi regionundan gündəlik təxminən 13–15 milyon barelhəcmində təklif çatışmazlığı ilə üzləşirik”, – o bildirib.

“SOCAR Trading” nümayəndəsinin sözlərinə görə, bununla yanaşı,alternativ tədarük marşrutlarının da hazırlandığını qəbul etməklazımdır.

“Biz görürük ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərivə regionun digər ölkələri alternativ boru kəmərləri və ya daxililogistika marşrutları vasitəsilə həll yolları tapırlar. Bu isəOPEC+, Beynəlxalq Enerji Agentliyi tərəfindən görülən tədbirlər,strateji neft ehtiyatlarından istifadə, neft emalı zavodlarınınyüklənməsinin azaldılması və ayrı-ayrılıqda kiçik görünə biləcəkdigər addımlarla birlikdə ümumilikdə vəziyyətin və mövcud böhranınyumşaldılmasına kömək edir”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Seçilən
94
az.trend.az

1Mənbələr