AZ

Şəhərsalma və Memarlıq İli" çərçivəsində Nizami Gəncəvi Muzeyi-nin ərazisində yaşıllıq zonaları genişləndirilir



"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi Muzeyinin ərazisində yaşıllıq zonalarının genişləndirilməsi və abadlaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Newscenter.az xəbər verir ki, görülən işlər çərçivəsində Gəncə Dünya Məktəbinin dəstəyi ilə 22 aprel "Beynəlxalq Yer Günü" münasibətilə muzeyin ərazisində 50 ədəd müxtəlif növ meyvə ağacı əkilib. Əkilən ağaclar ərazinin ekoloji mühitinin yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin artırılmasına və ziyarətçilər üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

Qeyd edək ki, bu kimi təşəbbüslər mədəni irsin qorunması ilə yanaşı, ətraf mühitin mühafizəsi və estetik mühitin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. İşlərin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Süleyman
Seçilən
59
1
newscenter.az

2Mənbələr