AZ

"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi

style='margin-bottom:10px;'>

Ötən gün Liam Roseniorla yollarını ayıran "Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.

QOL.az xəbər verir ki, bu haqda "TalkSPORT" məlumat yayıb.

London təmsilçisi komandanı "Bornmut"un çalışdırıcısı Andoni İraolaya həvalə etməyi planlaşdırır. O,  "Çelsi" üçün əsas namizəddir.

Potensial namizədlər arasında "Nyukasl"dan Eddi Hou, "Portu"dan Françesko Farioli də var. Klub həmçinin Filipe Luis və Edin Terziçi də nəzərdən keçirir.

Xatırladaq ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 34 oyundan sonra 48 xalla 7-cidir.

Seçilən
103
13
teleqraf.com

10Mənbələr