AZ

Təhsil və idman sahəsində idarəetmə problemləri: rəqəmsallaşma zəif, nəzarət mexanizmləri qeyri müəyyəndir

ain.az bildirir, Gununsesi portalına istinadən.

KDMN tədbirləri çərçivəsində aparılan araşdırmalar təhsil və idman sektorlarında bir sıra sistemli problemləri üzə çıxarıb.

Gununsesi.info xəbər verir ki, hesabata görə, təhsil sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılması prosesində risklərin düzgün idarə olunmaması dövlət satınalmalarında rəqabət mühitinə mənfi təsir göstərir.

Belə ki, eyni mal və xidmət təchizatçılarından asılılıq riskləri nəzərə alınmır, bu isə satınalma prosesində alternativlərin azalmasına səbəb olur.

Eyni zamanda sənəd dövriyyəsi, mühasibat və kadrların idarə olunması kimi mərkəzləşdirilmiş texnoloji həllərdən istifadə səviyyəsinin hələ də aşağı olduğu qeyd olunur.

İdman sahəsində isə struktur və idarəetmə ilə bağlı qeyri-müəyyənliklər diqqət çəkir. Respublikada idman məktəblərinin geniş və fərqli formatlarda fəaliyyət göstərməsi, onların həm Elm və Təhsil, həm də Gənclər və İdman nazirliklərinin tabeliyində olması bu qurumların funksional məqsədləri arasında sərhədlərin aydın müəyyən edilməməsinə gətirib çıxarır.

Bundan əlavə, bu məktəblərin məktəbdənkənar təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi ilə olimpiya ehtiyatlarının hazırlanması məqsədi arasında balansın qurulmaması, nəzarət mexanizmlərinin isə parçalanmış şəkildə tətbiq olunması qeyd edilir.

Araşdırmada həmçinin Olimpiya İdman Komplekslərinin fəaliyyətində ciddi boşluqların olduğu vurğulanır. Belə ki, göstərilən xidmətlər üzrə vahid qiymət siyasəti formalaşdırılmayıb, nəticədə bu qurumların real xərcləri və potensial gəlirləri düzgün qiymətləndirilməyib.

Eyni zamanda OİK-lərin fəaliyyətinin subsidiyalaşdırılması kifayət qədər əsaslandırılmadan, gəlir və xərclər dəqiq hesablanmadan ümumi yanaşma əsasında həyata keçirilir ki, bu da dövlət vəsaitlərinin səmərəli istifadəsi baxımından risklər yaradır.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
icma.az

1Mənbələr