AZ

Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər

Qazaxıstan neftinin "Drujba" kəməri vasitəsilə nəqlinin dayandırılmadığı təqdirdə onun Orta Dəhliz (Bakı-Tbilisi-Ceyhan kəməri -red.) ilə nəqli artırıla bilər.

Bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən KMG Kaşaqan şirkətinin Kommersiya Məsələləri üzrə Baş Direktorunun müavini Kuanış Keskinbayev bildirib.

Onun sözlərinə görə, hazırda Qazaxıstan əsas neft həcmlərini CPC (Xəzər Boru Kəməri Konsorsiumu) ilə nəql edir:

""Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Qazaxıstan üçün prioritetdir və Orta Enerji Dəhlizinin bir hissəsidir. Hazırda texniki cəhətdən bu dəhliz vasitəsilə ildə 5 milyon tona qədər Qazaxıstan neftinin nəqli mümkündür. İnanıram ki, yaxın gələcəkdə BTC-dən istifadə artacaq", - Keşkinbayev vurğulayıb

Qeyd olunub ki, Rusiya mayın 1-dən etibarən Qazaxıstan neftinin Drujba boru kəməri ilə Avropaya tranzitini dayandıra bilər və bu da Qazaxıstan neftinin ixracı üçün çətinliklər yarada bilər. Bu məsələ ilə bağlı hələlik aydınlıq yoxdur.

Keşkinbayev onu da bildirib ki, Qazaxıstan neftinin böyük həcmləri CPC kəməri vasitəsi ilə nəql olunur və "Drujba" ilə problem yaransa əlavə həcmləri CPC ilə nəql olunan bilər. Bu kəmər vasitəsilə Qazaxıstan neftinin tranzit tarifləri ən əlverişlidir.

"Lakin biz geosiyasəti və BTC vasitəsilə uzunmüddətli logistika həllərini nəzərə almalıyıq. Qazaxıstan Azərbaycan nefti ilə qarışığa qarşı deyil. "Azəri Light" markalı neft qlobal miqyasda əhəmiyyətli dərəcədə yüksək qiymətə ticarət edilir və tarif fərqi kompensasiya oluna bilər", - Keşkinbayev qeyd edib.

Qeyd etmək lazımdır ki, Orta Dəhliz (BTC - red.) vasitəsilə Qazaxıstan neftinin tarifi bir barel üçün 90 dollar, CPC vasitəsilə isə bir barel üçün 40 dollara yaxındır.

İş elanları AzVak.az-da

© APA

Seçilən
28
marja.az

1Mənbələr