AZ

Deputat bölgələrdə yaşayan əhalinin gəlirlərini açıqladı

Bakı. Trend:

Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faiziregionlarda çalışırlar.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentdə bugün keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın vəözünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusundakonfransda deyib.

Millət vəkili bildirib ki, ölkə üzrə əsas kapitalayönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7milyard manatı, yəni 44.0 faizi regionların payına düşür:

“Hazırda regionlarda 33 milyard manatdan çox ÜDM formalaşır.Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarətdövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür.Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxuartıq regionlarda yerləşib ki, bu da daxili turizimin inkişafıbaxımından vacibdir”.

Deputat xatırladıb ki, 2024-cü ildə ölkə üzrə əməkmüqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfərolub:

“Onun 792 737 nəfəri regionlarda yaşayaraq fəaliyyətgöstərirlər. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərinartıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayn əhalininillik gəlirləri isə 32 milyard manatdan çox olub”.

Seçilən
110
8
az.trend.az

9Mənbələr