AZ

Moskva G20 sammitinə yüksək səviyyədə dəvət aldı


ABŞ-də keçiriləcək G20 zirvəsi ilə bağlı Kremlin mümkün iştirakı yenidən gündəmə gəlib.

Musavat.com xarici agentliklərə xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın ABŞ-də keçiriləcək G20 sammitinə yüksək səviyyədə dəvət aldığını açıqlayıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin məlumat verib. Onun sözlərinə görə, sammit 2026-cı il 14–15 dekabr tarixlərində Mayamidə keçiriləcək.

Məlumata görə, Rusiya tərəfi artıq bir müddətdir sammitə hazırlıq aparır.

2025-ci ilin sonunda Rusiya XİN-in G20 və APEC məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Marat Berdıyev bildirib ki, Moskva Mayami sammitinə fəal hazırlaşır və bütün istiqamətlər üzrə nümayəndələr təyin edib.

Rusiyanın G20-də nümayəndəsi Svetlana Lukaş da ABŞ hakimiyyəti sammitdə bütün iştirakçı ölkələrin liderlərini, o cümlədən Vladimir Putini görmək istədiyini bildirib.

Qeyd edək ki, Putin sonuncu dəfə 2019-cu ildə G20 sammitində şəxsən iştirak edib. Sonrakı zirvələrdə isə müxtəlif səbəblərlə tədbirlərə qatılmayıb.

Musavat.com

 

Seçilən
51
6
musavat.com

6Mənbələr