AZ

Azərbaycan və Qazaxıstan neft təchizat zəncirlərinin optimallaşdırılması üzərində fəal iş aparırlar (ÖZƏL)

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan neft təchizat zəncirlərininoptimallaşdırılması üzərində fəal iş aparır.

Bunu Trend-ə “KQMKaşaqan B.V”şirkətinin baş direktorunun kommersiya məsələləri üzrəmüavini Kuanış Keskinbayev Bakıda keçirilən II Xəzər və MərkəziAsiya neft ticarəti və logistikası forumu çərçivəsində verdiyi özəlmüsahibədə bildirib.

“Bizim işlədiyimiz ümumi saziş mövcuddur. Bu saziş çərçivəsindətranzit həcmlərinin artırılması istiqamətində daimi əsaslarda işaparırıq. Lakin açıq desək, ən əsas məsələ marşrutun iqtisadisəmərəliliyidir. Çünki bu, çox uzun və multimodal bir marşrutdur vəbiz hazırda bu məsələnin həlli üzərində fəal işləyirik”, – deyəKeskinbayev qeyd edib.

O həmçinin, Qazaxıstan neftinin Azərbaycan üzərindən mövcudtədarük həcmlərinə aydınlıq gətirib:

“Kaşaqan yatağından ildə təxminən 250 min ton nefti Azərbaycanüzərindən nəql edirik, Tengizdən isə təxminən 1,5 milyon ton”, – obildirib.

Yeni layihələrin perspektivlərindən danışan Keskinbayev qeydedib ki, hal-hazırda iri həcmli yeni təşəbbüslərin başlanmasıplanlaşdırılmır.

Bununla belə, o, Tengiz yatağında hasilatın genişləndirilməsinixatırladıb:

“Tengizdə genişləndirmə çərçivəsində üçüncü nəsil zavodistifadəyə verilib ki, bu da illik hasilatın 10–11 milyon tonartırılmasına imkan yaradıb”, – deyə o əlavə edib.

Məqalədə:
Seçilən
76
1
az.trend.az

2Mənbələr