AZ

Qriqoryan: “İrəvan Bakı ilə əldə olunmuş sülhün...”

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, İrəvan Bakı ilə əldə olunmuş sülhün institusionallaşmasına köklənib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Qriqoryan bu barədə Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunun panel müzakirəsi zamanı belə deyib. 

Qriqoryan Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə və xüsusilə, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamədən söz açıb.

O, Cənubi Qafqazdakı sülhü qayğıya ehtiyacı olan “yeni doğulmuş körpəyə” bənzədib. 

Ermənistan rəsmisi qeyd edib ki, sülhün olması çağırışların yoxluğu demək deyil.  Lakin sülh şəraitində digər çağırışlara daha çox diqqət ayırmaq mümkündür.

Qriqoryanın sözlərinə görə, sülhün uzunmüddətli olması üçün sülh müqaviləsinin imzalanması, ratifikasiyası və regional blokadanın aradan qaldırılması, yəni kommunikasiyaların açılması olduqca zəruridir.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr