AZ

“Ford” 140 mindən çox avtomobili geri çağırır


Amerikalı avtomobil istehsalçısı “Ford” ön dam sütunundakı naqillərin zədələnməsi səbəbindən ABŞ-də 140 201 avtomobili geri çağıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadla məlumat verib.
Məlumata görə, geri çağırılma “Ranger” pikaplarına təsir göstərir.
NHTSA bildirib ki, səbəb günəş qoruyucundakı və dam örtüyündəki naqil qoşqularının düzgün yerləşdirilməməsi, eləcə də izolyasiya problemləri olub.
Bu, naqillərə zərər verə və qısaqapanmaya səbəb ola bilər.
Seçilən
85
yeniavaz.com

1Mənbələr