AZ

Alişan vəfat edən qardaşından danışarkən gözyaşlarına boğuldu

Alişan vəfat edən qardaşından danışarkən gözyaşlarına boğulduTürkiyəli tanınmış müğənni Alişan 2021-ci ildə koronavirus səbəbilə vəfat edən qardaşı Selçuk Tektaş haqqında danışıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sənətçi qardaşının xəstəxanadakı son anlarını xatırlayaraq, "Ürək masajı edilən vaxt həkimlərlə birlikdə koridorda yaşanan səs-küy, qışqırıqlar hələ də qulağımdadır. Bir ay aparatlara bağlı qaldığı üçün heç nə danışa bilmədik. Həkimlərdən soruşdum ki, ölümünü hiss etdimi. O, nə baş verdiyini anlamadan vəfat etdi. Heç nə deyə bilmədik, bu, gözlənilməz idi" sözləri ilə yaşadığı ağır itkini bölüşüb.

Alişan qardaşının vəfatından sonra həyatının ən çətin dövrlərindən birini keçirdiyini qeyd edib. O, illər keçməsinə baxmayaraq acısının hələ də ilk günkü kimi qaldığını vurğulayıb. Selçuk Tektaş xəstəxanada həyatını itirdikdən sonra Teşvikiye Camii ndə qılınan cənazə namazından sonra son mənzilə yola salınmışdı.

Seçilən
93
sonxeber.az

1Mənbələr