AZ

“Aİ nin maliyyə paketi ordumuzu gücləndirəcək” Zelenski

ain.az, 525.az saytına istinadən bildirir.

“Ukrayna Avropa İttifaqının 90 milyard avroluq maliyyə paketindən ilk tranşı may və ya iyun aylarında almağı gözləyir”.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “X” hesabında bildirib.

O qeyd edib ki, Ukrayna bu prosesi sürətləndirmək üçün əlindən gələni edir. Zelenskinin sözlərinə görə, vəsait daxili silah istehsalı, tərəfdaşlardan Ukraynanın istehsal etmədiyi silahların alınması, enerji sektorunu və vacib infrastrukturu gələn qışa hazırlamaq, vətəndaşların sosial öhdəliklərin ödənilməsinə sərf olunacaq.

"Bu, Avropa paketi ordumuzu gücləndirəcək, Ukraynanı daha davamlı edəcək və ukraynalılar qarşısında qanunla müəyyən edilmiş sosial öhdəliklərimizi yerinə yetirməyə imkan verəcək", - prezident bildirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
50
525.az

10Mənbələr