AZ

"İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır..."- Nikol Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Levon Ter-Petrosyan təmizqanlı daşnakdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Aysor" nəşri məlumat yayıb.
 
"2018-ci il inqilabından əvvəl siyasi arenada liberallar və ya digər baxışlılar varmış kimi görünürdü. İndi nə oldu? Məlum oldu ki, məsələn, Levon Ter-Petrosyan təmiz, qatı daşnakdır. Qalanı teatr, oyunmuş", - deyə Baş nazir bildirib. 
 
Paşinyan əlavə edib ki, "və Ter-Petrosyan ən uğursuz daşnakdır".
 
Baş nazir həmçinin bəyan edib ki, bu seçkilər Ermənistan xalqı üçün "keçmişin qalıqlarını siyasi arenadan çıxarmaq" üçün müstəsna bir fürsətdir.
 
S.Laçın
Seçilən
27
2
moderator.az

4Mənbələr