AZ

Martın 10 u sağlam qadın kimi yatdım, səhəri gün xərçəng diaqnozu qoyuldu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin tanınmış simalarından olan Serap Peközün həyatı bir gecənin içində tamamilə dəyişib. Uzun illərdir televiziya ekranlarından tanıdığımız məşhur aparıcı gözləmədiyi anda ağır sınaqla üz-üzə qalıb.Demokrat.az xəbər verir ki, Serap Peköz süd vəzi xərçənginə yoluxduğunu açıqlayıb.Xəstəliyi haqqında şəxsən məlumat verən aparıcı başına gələnləri bu sözlərlə ifadə edib: "Martın 10-da gecə tam sağlam qadın kimi yerimə girdim. Martın 11-də isə mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Saçlarımın tökülməsi bu yolun bir hissəsidir. Sarsıldım? Bəli. Bəs, təslim oldum? Heç vaxt!"Xatırladaq ki, məşhur aparıcı bir neçə il əvvəl etdirdiyi müxtəlif estetik əməliyyatlarla gündəmə gəlmiş və bu addımlarına görə geniş kütlə tərəfindən tənqid olunmuşdu. İndi isə o, bütün enerjisini sağalmağa və bu xəstəliyə qalib gəlməyə yönəltdiyini bildirir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
demokrat.az

1Mənbələr