AZ

İmtahan o qədər də çətin deyildi 300 bal toplayan Emiliya

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Martın 15-də keçirilən 11 illik buraxılış imtahanının nəticələri açıqlanıb. 9 nəfər abituriyent maksimal 300 bal toplayıb. Maksimal nəticə əldə edənlər arasında Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızı da var.

Redaktor.az Emiliya Qayıbova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib:

"İmtahanda təbii ki, çətin və vaxt aparan suallar var idi. Uşaqların əksəriyyətinin dilindən bunu eşitmişdik. Amma imtahan o qədər də çətin deyildi. Sadəcə müəyyən qədər qəliz tipli suallar var idi. Ümumi götürəndə isə orta səviyyədə idi. 300 bal toplamağa ümidim var idi. Sadəcə açıq tipli suallardan bir az şübhələnirdim, tam bal olmaya bilər deyə, amma özüm gözləyirdim".

O, neçənci ixtisas qrupuna hazırlaşdığını da bildirdi:

"Mən 1-ci ixtisas qrupuna hazırlaşıram. İstəyim kompüter elmləri ixtisasıdır. Universitet seçimim isə hələ dəqiq deyil".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
50
redaktor.az

10Mənbələr