AZ

Harri Vilson "Aston Villa"ya "pulsuz" keçir

"Fulhem"in uelsli pleymeykeri Harri Vilson karyerasını başqa bir Premyer Liqa klubunda davam etdirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu yayda azad agent statusu ilə "Aston Villa"ya qoşulacaq.

"WalesOnline" nəşrinin yaydığı məlumata görə, Unay Emeri Vilsonun onun sisteminə mükəmməl uyğunlaşacağına inanır.

Birmingem təmsilçisinin təcrübəli yarımmüdafiəçiyə həftəlik təxminən 100 min funt-sterlinq maaş təklif edəcəyi bildirilir.

Seçilən
62
1
fanat.az

2Mənbələr