Olaylar xəbər verir ki, Agentlik tərəfindən rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmasının təmin edilməsi sahəsində Mediasiya Şurasına yaradılan imkanlar, ölkəmizdə yeni formalaşan mediasiya institutunun fəaliyyətində səmərəliliyin, şəffaflığın, çevikliyin və optimallaşdırmanın artırılmasına mühüm töhfə verir. Bu addım vətəndaş məmnunluğunun təmin olunmasına, dövlət qurumları ilə kargüzarlıq işinin daha yüksək səviyyədə təşkilinə, həmçinin sənədlərin etibarlılığının qorunmasına da xidmət edir.
Beləliklə, Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulmaqla Mediasiya Şurası sənəd dövriyyası işlərinin daha müasir və innovativ əsaslarla idarə olunmasını təmin etmiş olur.