Məsafə eynidir, lakin qiymətlər mütəmadi olaraq dəyişir. Səbəb isə taksometrlərin quraşdırılmamasıdır. Belə ki, ölkəmizdə istsmarda olan əksər taksi avtomobillərində məsafəyə uyğun gediş haqqını hesablayan cihaz yoxdur. Bu səbəbdən də, sərnişinlər ödənişin miqdarını müxtəlif tətbiqlər vasitəsilə əvvəlcədən yoxlasalar da, bəzən ünvana çatdıqda məbləğin artdığını görürlər.
Xezerxeber.az xəbər verir ki, taksi sürücüləri isə nəqliyyat avtomobillərinə taksometr quraşdırılmasına ehtiyac olmadığını deyirlər.
Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, taksometrin quraşdırılması sərnişin hüquqlarının qorunması üçün əsas amildir. Belə ki, bu cihazın olduğu avtomobildə sərnişindən gedilən məsafənin ödənişindən artıq vəsait tələb edilə bilməz.
Maraqlıdır, bəs taksometrin bir çox üstünlüyü olduğu halda niyə Azərbaycanda aktiv istifadə olunmur?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.