AZ

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “BMW” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
64
25
unikal.az

10Mənbələr