AZ

İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar

Yuxuda dişləri qıcamaq və ya qələm gəmirmək vərdişi stressə qarşı reaksiya ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya ortodont-həkim, qnatoloq Mədinə Xastsayeva məlumat verib.

"Bruksizm çənələrin qeyri-ixtiyari sıxılması və dişlərin qıcanmasıdır ki, bu da ən çox yuxuda baş verir. Nəzarət oluna bilən qələm gəmirmə vərdişindən fərqli olaraq, bruksizm orqanizmin stressə qarşı şüuraltı reaksiyasıdır", - deyə həkim izah edib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri psixoemosional gərginlikdir. İnsan təşviş və ya basdırılmış emosiyalar yaşadıqda, bədən boşalmaq üçün yollar axtarır. Kimdəsə bu, çiyinlərin gərginləşməsində, kimdəsə yuxusuzluqda, digərində isə çeynəmə əzələlərinin hipertonusunda özünü büruzə verir.

"Xroniki stress, sinir sisteminin hədsiz yüklənməsi və yuxu pozğunluqları - meqapolis şəraitində bu amillər bruksizm üçün əlverişli mühit yaradır. İnsan yaxınları ona deməyənə qədər bu problemdən heç şübhələnməyə də bilər", - deyə Xastsayeva qeyd edib.

Seçilən
63
3
publika.az

4Mənbələr