AZ

İran rəhbərliyində “ikitirəlik” iddiası Nümayəndə heyəti İslamabada niyə getməyib?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran rəhbərliyi daxilindəki fikir ayrılıqları danışıqlar qrupunun ABŞ nümayəndələri ilə görüşmək üçün İslamabada getməsinə mane olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Tehrandakı mənbələrə istinadla müxalif “İran International” nəşri məlumat yayıb.

İddialara görə, Prezident Məsud Pezeşkianın müttəfiqləri ilə Ali Lider Müctəba Xameneinin ofisinə yaxın rəsmilər arasında fikir ayrılığı səfəri son anda pozub. Qeyd olunur ki, nümayəndə heyəti yola düşməyə hazır olub, lakin Xameneinin yaxın çevrəsindən nümayəndə heyətinə nüvə məsələlərinin müzakirəsini istisna etmək əmri gəlib. Üstəlik, Xarici İşlər Nazirliyinin komandası danışıqlara görə töhmət alıb.

Xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, bu şəraitdə danışıqlarda iştirak etmək faydasız olacaq və hər hansı bir irəliləyiş şansı faktiki olaraq məhv ediləcək. Səfərin də bu səbəbdən təxirə salındığı iddia olunur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
azpolitika.info

1Mənbələr