AZ

44 yaşlı qayınatanın yumruğu baha başa gəldi Təfərrüat

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lerik rayonunda 44 yaşlı kişi kürəkəninə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 28-də rayonun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Bəhram həmin gün səhər saat 09:10-da yaşadıqları kəndin ərazisində yerləşən otlaq sahəsində kürəkəni Əhməd (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qayınata kürəkəninin üz nahiyəsinə qəsdən yumruqla vurması nəticəsində ona xəsarət yetirib. Faktla bağlı Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətini geri götürdüyünü deyib. Zərərçəkmiş Əhməd bildirib ki, təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəyib, buna görə də onu bağışlayıb, şikayətini geri götürüb. Bu səbəbdən də Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
demokrat.az

1Mənbələr