AZ

Bu ölkənin Azərbaycandakı səfiri Acarıstan rəhbəri olacaq

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün keçirdiyi brifinqdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb. Qeyd edək ki, Zurab Pataradze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.O bildirib ki, namizədlik təsdiq üçün Acarıstan Muxtar Respublikasının Ali Şurasına təqdim olunub.

Qərarın siyasi qurumlarla məsləhətləşmələr və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə qəbul edildiyi qeyd olunub. Dövlət başçısı vurğulayıb ki, Zurab Pataradze uzun illər dövlət qulluğunda və diplomatik xidmətdə çalışaraq Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə uğurla təmsil edib və fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir.

Qeyd olunub ki, Pataradze 2016–2018-ci illərdə də Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsini icra edib və həmin dövrdə regionda bir sıra mühüm layihələrin həyata keçirilməsi ilə yadda qalıb. Prezident onun regionun ehtiyaclarını yaxşı bildiyini və zəngin təcrübəsinin Acarıstanın inkişafına töhfə verəcəyinə əmin olduğunu qeyd edib.

Mətləb

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Hikmət Hacıyev Slovakiyanın Bakıdakı səfiri ilə görüşüb - PAYLAŞIM

Siyasət

Putin İranla ittifaqın saxta olduğunu sübut etdi – Newsweek

Siyasət

Azərbaycan və Latviya arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır

Siyasət

“Bu, münaqişənin aşağı və orta intensivlikdə davam etməsi ehtimalını gücləndirir” - ŞƏRH EDİLDİ

Siyasət

Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb - FOTOLAR

Siyasət

Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir - Hesablama Palatası

Siyasət

“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq modelidir” - ŞƏRH

Siyasət

"Laçın sərhəd-keçid məntəqəsinin yaradılması regionda yeni reallıq formalaşdırdı" - POLİTOLOQ

Siyasət

Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb

Siyasət

Sabah aprel ayı üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq

Siyasət

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyənlərə müraciət olunub

Siyasət

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür” - ŞƏRH EDİLDİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
sia.az

1Mənbələr