AZ

"Beşiktaş"dan Qrimaldo bombası

Türkiyənin "Beşiktaş" klubu transfer bazarında səs gətirəcək addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Bayer Leverkusen" klubunun ulduz sol cinah müdafiəçisi Alexandro Qrimaldo ilə prinsipial razılığa gəlib.

Almaniya klubu bu transfer üçün 20 milyon avro bonservis haqqı tələb edir və tərəflər arasında yaxın günlərdə rəsmi danışıqların başlanması gözlənilir.

"Sky Sports"un yaydığı məlumata görə, 28 yaşlı ispaniyalı futbolçu bu mövsüm keçirdiyi 41 matçda 14 qol və 11 məhsuldar ötürmə ilə inanılmaz statistika nümayiş etdirib.

Seçilən
13
1
fanat.az

2Mənbələr