AZ

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində yarımfinalın növbəti qarşılaşması baş tutub. Turnirin iddialı komandalarından olan “Abşeron Lions” və “Neftçi” kollektivləri ilk oyunda üz-üzə gəliblər.

Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan gərgin keçən görüş “Abşeron Lions”un 95:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində “şirlər” seriyada 1:0 hesabı ilə önə keçiblər.

İki komanda arasındakı növbəti cavab qarşılaşması aprelin 26-da keçiriləcək.

Bizim.Media

Seçilən
59
34
bizim.media

10Mənbələr