AZ

ABŞ və Azərbaycan Zəngəzur dəhlizi üzrə hərəkətə keçdi

ABŞ və Azərbaycan yeni strateji tərəfdaşlıq çərçivəsində infrastruktur layihələrinin texniki işlənməsinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Məlumata görə, söhbət Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik dəmir yolu və avtomobil marşrutundan gedir. Bu xətt Orta Dəhlizin bir hissəsi kimi Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyi hədəfləyir.

Vaşinqtonda hesab edirlər ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycanın tranzit mərkəzi kimi rolunu daha da gücləndirə və Şərq-Qərb istiqamətində gələcək enerji və logistika axınlarına ciddi təsir göstərə bilər.

Eyni zamanda, ABŞ-nin ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) Bakıyla mayeləşdirilmiş qaz (LNG), mülki nüvə energetikası, elektrik ötürülməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahələrində də layihələri araşdırır.

Qeyd olunur ki, bu danışıqlar Avropada enerji qeyri-sabitliyinin artdığı və alternativ nəqliyyat marşrutlarına marağın yüksəldiyi bir dövrdə start götürüb.

 

Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr