AZ

Tiqran Torosyan Ermənistanı xuliqan adlandırdı


Ermənistanın keçmiş parlament sədri Tiqran Torosyan Ermənistanın geosiyasi risklərdən uzaq durmalı olduğunu bildirib.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Tiqran Torosyan ölkəsinin geosiyasi qarşıdurmalara qarışmamalı olduğunu və bu cür addımların ağır nəticələr verə biləcəyini deyib.

Torosyan bildirib ki, Ermənistan böyük dövlətlərin iştirak etdiyi geosiyasi qarşıdurmalar arasında yer almamalı və orada onun ifadəsi ilə desək, “xuliqanlıq etməyə çalışmamalıdır”. Onun sözlərinə görə, belə davranış ölkə üçün ağır və acınacaqlı nəticələr doğura bilər.

Torosyan xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələri tənqid edib və bunu mövcud mərhələdə “növbəti absurd təklif” adlandırıb.

Torosyan misal kimi UkraynaGürcüstanı göstərib. Onun sözlərinə görə, bu ölkələr Avropa inteqrasiyası yolunda Ermənistandan daha irəlidə olsalar da, hələ də üzv ola bilməyiblər.

Keçmiş spiker hesab edir ki, Ermənistan hazırda Avropa standartlarından uzaqdır və bu mövzuda verilən bəyanatlar daha çox daxili siyasi məqsədlərə xidmət edir.

Torosyan İrəvanda keçirilməsi planlaşdırılan Avropa İttifaqı sammitinə də skeptik yanaşıb.

O bildirib ki, belə tədbirlər əsasən rəmzi xarakter daşıyır və real təsir mexanizmlərinə malik deyil. Onun fikrincə, bu cür görüşlərdə müxtəlif ölkə nümayəndələri bir neçə gün İrəvanda qalır, sonra isə geri dönürlər.

Musavat.com

 

Seçilən
53
musavat.com

1Mənbələr