AZ

“Saat işləyir!” – Tramp İrana xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama ilə çıxış edib və rəsmi Tehrana vaxtın məhdud olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşım edərək, İranın ABŞ ilə razılaşma əldə etmək üçün çox az vaxtının qaldığını vurğulayıb.

“Saat işləyir!” – deyə ABŞ lideri qeyd edib. O bildirib ki, Hörmüz boğazına tətbiq olunan blokada İrana ciddi təsir göstərir və bu amil Tehranın qərar verməsini sürətləndirə bilər.

Tramp əlavə edib ki, mümkün razılaşma yalnız ABŞ üçün qəbul edilə bilən şərtlər daxilində baş tutacaq və Vaşinqton bu məsələdə tələsmir.

Musavat.com

Seçilən
77
45
musavat.com

10Mənbələr