AZ

Almaniya Kuboku: “Bavariya”nın finaldakı rəqibi müəyyənləşib

Bakı, 24 aprel, AZƏRTAC

Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda "Frayburq"a 2:1 hesabı ilə qalib gələn "Ştutqart" həlledici görüşə vəsiqə qazanıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədə vurulan qolla qələbə qazanan "Ştutqart" finalda "Bavariya"nın rəqibi olub.

Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın 23-də keçiriləcək.

Seçilən
99
3
azertag.az

4Mənbələr