ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Planşet bazarında köhnə rəqiblərdən biri geri qayıdır, özü də çox nazik gövdə və yüksək keyfiyyətli OLED ekranla...Demokrat.az xəbər verir ki, texnologiya dünyasında uzun sürən sükut pozulur. "Asus" şirkətinin illər sonra yenidən "Android" əməliyyat sistemi ilə çalışan planşet istehsal edəcəyi barədə ilk detallar sızdırılıb."Android Headlines" portalı "Asus"un yeni cihazının dizaynını və bəzi texniki göstəricilərini paylaşıb. Məlumata görə, planşet ağ rəngdə və minimalist üslubda hazırlanıb. Cihazın ön hissəsində nazik və simmetrik çərçivələrlə əhatə olunmuş yastı ekran, arxa tərəfində isə tək kameralı kvadrat modul yer alıb. Gövdəsinin qalınlığı cəmi 6,5 mm, çəkisi isə təxminən 523 qram olacaq.Texniki tərəfdən ən diqqətçəkən məqam 144 Hz yenilənmə tezliyinə malik 12,2 düymlük OLED ekranın istifadə olunmasıdır. Cihazın 9000 mAh tutumlu batareya ilə təchiz ediləcəyi gözlənilir ki, bu da uzunmüddətli muxtar iş rejimi vəd edir. Şirkət həmçinin planşet üçün xüsusi "kitab-çexol" aksesuarı da təqdim etməyi planlaşdırır.Həmçinin oxu:
iPhone işlədənlərə təcili xəbərdarlıq
'Bu maşını almayın, peşman olacaqsınız'
Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiQeyd edək ki, "Asus" artıq uzun illərdir ki, yalnız "Windows" əsaslı planşet-transpormerlər və təhsil üçün nəzərdə tutulan "ChromeOS" cihazları istehsal edirdi. Yeni modelin hansı prosessordan istifadə edəcəyi və satış tarixi hələlik gizli saxlanılır.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.