AZ

ABŞ-də Venesuelaya müdaxilədən qazanc əldə edən bir əsgər saxlanılıb

Bakı. Trend:

ABŞ hakimiyyəti Venesuelaya ABŞ-nin müdaxiləsi və prezidentNikolas Maduronun həbsi ilə bağlı mərc edərək 400.000 dollardan çoxqazanan amerikalı əsgərini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi xəbərverib.

Məlumata əsasən, hərbi qulluqçu Ken Van Dayk Qannon "ABŞordusunun Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi"Mütləq Qətiyyət Əməliyyatı"nın planlaşdırılmasında və həyatakeçirilməsində iştirak etmiş və həmin əməliyyatla bağlı məxfiməlumatlara çıxışından öz xeyrinə istifadə etmişdir".

Qeyd edili ki, dekabrın sonlarında Van Dayk Polymarket mərcplatformasında qeydiyyatdan keçərək ABŞ-ın Venesuelaya müdaxiləsinəvə Maduronun 31 yanvar 2026-cı il tarixinə qədər vəzifəsindənkənarlaşdırılmasına 33 min dollardan çox mərc qoymuşdu. Onunqazandığı məbləğ 400.000 dollardan çox olub.

Van Dayk "məxfi dövlət məlumatlarından şəxsi mənfəət üçünqanunsuz istifadə etmək, dövlət məxfi məlumatlarını oğurlamaq",fırıldaqçılıq və qanunsuz pul əməliyyatları törətməkdə ittihamolunur.

Seçilən
88
az.trend.az

1Mənbələr