AZ

Maduro əməliyyatı ABŞ hərbçisini HƏBSƏ APARDI: “Qiyam”a mərclə 400 min dollar QAZANIB

ABŞ-də Maduronun ələ keçirilməsində iştirak edən xüsusi təyinatlı hərbçi həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

ABŞ-də maraqlı və şok yaradan bir həbs faktı qeydə alınıb. Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı qüvvələrin döyüşçüsü saxlanılıb.

Məlum olub ki, hərbçi əməliyyatdan öncə həmin missiyanın nəticələrinə “Polymarket” mərc platformasında böyük məbləğdə pul qoyub.

Xüsusi təyinatlı əməliyyata bir neçə saat qalmış ümumilikdə 34 min dollar (təxminən 57 800 manat) məbləğində mərclər edib.

O, Venesuela Prezidentinin yanvarın 31-dək vəzifəsindən kənarlaşdırılacağı və ABŞ-nin bu ölkəyə hərbi müdaxilə edəcəyi barədə iddialara pul qoyub.

Nəticədə hərbçi 1242% gəlir əldə edərək, 400 min dollardan (təxminən 680 000 manat) çox qazanc götürüb. Onun bu əməlləri istintaqın diqqətini çəkib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
interpress.az

1Mənbələr