AZ

Çin və Kamboca “rəngli inqilab” cəhdlərinə qarşı birgə mübarizə aparacaq

Pekin və Pnompen siyasi sistemlərin təhlükəsizliyini qorumaq, xarici təhdidlərə qarşı birgə hərəkət etmək barədə razılığa gəlib...

Çin və Kamboca iki ölkə arasında strateji dialoqun ilk raundunun yekunlarına əsasən, əsas maraqların müdafiəsində bir-birini dəstəkləmək barədə razılığa gəlib.

Poliqon xəbər verir ki, bu barədə “Sinxua” Agentliyi məlumat yayıb.

Çinin xarici işlər naziri Van İ bildirib ki, tərəflər siyasi sistemlərinin təhlükəsizliyini birgə təmin etmək, xarici təhdidlərə qarşı mübarizəni gücləndirmək və “rəngli inqilab” cəhdlərinin qarşısını almaq niyyətindədirlər.

Razılaşmada dünya azad ticarətinin qorunması və BMT-nin rolunun dəstəklənməsi ilə bağlı müddəalar da yer alıb. Bununla yanaşı, Çin Kambocaya müdafiə potensialının və sənaye imkanlarının inkişafında yardım göstərməyə hazır olduğunu bildirib.

Pekin həmçinin Kambocada infrastruktur və logistika layihələrinin həyata keçirilməsində iştirak edəcək. Bu layihələr sırasında “Balıq və düyü dəhlizi” və “Funan-Teço” su təsərrüfatı kompleksi xüsusi qeyd olunur.

Bundan əlavə, tərəflər hüquq-mühafizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Əsas diqqətin onlayn qumar oyunlarına və telekommunikasiya fırıldaqçılığına qarşı mübarizəyə, eləcə də əhalinin həyatının və əmlakının qorunmasına yönəldiləcəyi bildirilib.

Poliqon.info

Seçilən
43
50
poliqon.info

10Mənbələr