AZ

Xarici diplomatları da dəhşətə gətirən erməni vandalizmi

Bu gün ermənilərin Azərbaycanın azad edilmiş ərazilərində guya “erməni irsinin təhlükədə olması” barədə tirajladıqları iddialar, əslində onilliklər boyu davam edən böyük bir cinayətin - mədəni soyqırımın üzərini örtmək cəhdindən başqa bir şey deyil. Bu manipulyasiyalar 30 illik işğal dövründə Azərbaycanın tarixi, dini və mədəni yaddaşına qarşı həyata keçirilmiş sistemli və vəhşi vandalizm aktlarını dünya ictimaiyyətinin diqqətindən yayındırmağa xidmət edir.

İşğal dövründə Azərbaycanın tarixi, dini və mədəni irsi genişmiqyaslı dağıntı, talan və mənimsəmə ilə üz-üzə qalıb. Məscidlər, türbələr, qəbiristanlıqlar, muzeylər, tarixi abidələr və digər mədəni irs nümunələri məqsədli şəkildə məhv edilib və ya təhqir olunub. Bu gün azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri aparılarkən, eyni zamanda həmin torpaqlarda törədilmiş mədəni vandalizmin real miqyası üzə çıxır. Faktlar, foto və video materiallar göstərir ki, işğal dövründə yalnız maddi irs deyil, həm də bir xalqın tarixi yaddaşı və mənəvi dəyərləri hədəfə alınıb.

Torpaqlarımız işğaldan azad edildikdən sonra bir jurnalist kimi mənim də yolum Qarabağ və Şərqi Zəngəzura düşdü. O tarixi günlərdə həm qələbə sevincini, həm də gördüyümüz mənzərələrin yaratdığı ağır sarsıntını eyni anda yaşayırdıq. 2021-ci ilin yanvar və fevral aylarında Zəngilanın, Cəbrayılın hər qarışını addımlayaraq, dağıdılmış məzarlıqların, tövləyə çevrilmiş məscidlərin uçuq divarları arasında şahidi olduğum o dəhşətli reallığı qələmə almışdım.

Həmin qeydləri nəzərdən keçirərək, hadisə yerində şəxsən şahidi olduğum faktların bəzilərini təqdim edirəm.

Seçilən
66
publika.az

1Mənbələr