AZ

İran Buşehr AES üçün Rusiyadan xəbər gözləyir

İran Buşehr AES-in tikintisinin bərpası üçün Rusiya ilə danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Bildirilib ki, İran tərəfi Buşehr Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı Rusiya ilə əlaqə saxlayır.

Qeyd olunub ki, səfir işlərin tezliklə bərpa olunacağına ümid etdiklərini vurğulayıb.

Məlumata görə, tərəflər layihənin gələcək icrası ilə bağlı müzakirələri davam etdirir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
51
1
redaktor.az

2Mənbələr