Çinin Pekin şəhərində 19-cu beynəlxalq avtomobil sərgisi — “Auto China 2026″ — açılıb. Məlumata görə, tədbirdə ümumilikdə 1 451 avtomobil təqdim olunub və onlardan 181 model ilk dəfə nümayiş etdirilir. Təşkilat komitəsinin açıqlamasına əsasən, sərgidə 181 debüt model ilə yanaşı, 71 prototip də təqdim olunur.
Lexus LF-ZC Lexus LF-ZC Zeekr 8X Zeekr 8XTədbir eyni anda iki məkanda keçirilir və ümumi sərgi sahəsi rekord həddə — 380 min kvadratmetrə çatıb. 17 pavilyondan 13-ü avtomobil ekspozisiyalarına ayrılıb, qalan hissədə isə komponent və texnologiya istehsalçıları yer alıb.
Toyota RAV4 Toyota RAV 4 Volkswagen Tayron L Volkswagen Tayron LSərgidə 21 ölkə və regiondan şirkətlər iştirak edir. Burada qlobal avtomobil konsernləri, aparıcı Çin istehsalçıları və intellektual sürücülük sistemləri üzərində çalışan texnologiya şirkətləri öz məhsullarını təqdim edir. Ekspozisiyanın əsas trendi elektromobillər və hibridlərin üstünlüyü, eləcə də avtomobillərin rəqəmsal arxitekturasına keçid olub.
Audi SQ8 2026 Audi SQ8 2026 Lyriq-V 2026 Lyriq-V 2026.Sərgi geniş ictimaiyyət üçün 28 apreldə açılacaq və 3 maya qədər davam edəcək. İşgüzar günlər ərzində 200-dən çox rəsmi mətbuat konfransının keçirilməsi planlaşdırılır.