AZ

Süni intellekt əqli mülkiyyətin inkişafına töhfə verir – Kamran İmanov

Bakı. Trend:

İnnovasiya ekosistemi mürəkkəb bir sistemdir və onunformalaşmasına təsir edən bir sıra amillər mövcuddur, bu ekosistemimüəyyən edən əsas istiqamətlər elmi, texnoloji, sahibkarlıq vəistehsal sahələridir.

Trend xəbər verirki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamranİmanov bu gün Bakıda “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə“İnnovativ potensial: Əqli mülkiyyət + süni intellekt” mövzusundakeçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, innovasiyalar dövründə elm və təhsilqarşısında, eləcə də əqli mülkiyyət sahəsində yeni vəzifələryaranır:

“Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm dəstək verir.Bunun üçün süni intellekt texnologiyalarının məqsədyönlü şəkildəhazırlanması və tətbiqi vacibdir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən HarvardUniversitetinin Growth Lab laboratoriyası ilə birgə hazırlanmış“İnnovasiya potensialına baxış (İPB) 2026” tədqiqatına əsasən, 193ölkə üzrə 2,5 milyard məlumat vahidi təhlil edilib və 2500-dən çoxinnovasiya imkanını əhatə edən xəritə hazırlanıb.

Müəyyən olunub ki, hazırda tədqiq edilən ölkələrin cəmi 10 faiziöz texnoloji potensialını tam şəkildə reallaşdırır. Elmi,texnoloji, sahibkarlıq və istehsal potensiallarının cəmləşdiyiölkələrdə innovasiya imkanlarını artırmaq və qlobal səviyyədəirəliləyişə nail olmaq mümkündür. Məlumatlara görə, bu göstəriciildə təxminən 339 min texnoloji innovasiyaya uyğundur.

Başqa sözlə, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatlarınyalnız 10 faizi öz patent potensialını tam reallaşdırır”.

Seçilən
41
2
az.trend.az

3Mənbələr