AZ

"Bilirdik ki, Liqa Kubokunu qazansaq, bu, "Arsenal"a psixoloji zərbə olacaq" - Doku

"Mançester Siti"nin vingeri Ceremi Doku İngiltərə Liqa Kubokunun finalında "Arsenal" üzərində qazanılan qələbəni şərh edib. 

Fanat.Az xəbər verir ki, jurnalist Cek Qoqan Dokunun dediklərini belə çatdırıb: 

"Karabao Kuboku əla qənimətdirr. Qalib gəlsəydik, bu, "Arsenal"a psixoloji zərbə olacaqdı. Biz sadəcə səbirsizliklə gözləyirdik". 

Xatırladaq ki, "Mançester Siti" Liqa Kubokunun finalında "Arsenal"ı 2:0 hesabı ilə məğlub etmişdi. "Şəhərlilər" daha sonra Premyer Liqada "topçular"ı məğlub etdilər və hazırda turnir cədvəlinə başçılıq edirlər. "Mançester Siti" Premyer Liqanın 35-ci turunda "Everton"la qarşılaşacaq. Oyun mayın 4-də keçiriləcək. 

Mirağa

Seçilən
26
36
fanat.az

10Mənbələr