AZ

DİN-dən əməliyyatlar: 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarınınkeçridiyi tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükürİsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərlimaddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilir ki, saxlanılan şəxslərin narkotikləri satmaq məqsədiilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsininqarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Seçilən
54
28
az.trend.az

10Mənbələr