AZ

Kamran İmanov: Texnoloji imkanlar yüksək inkişaf səviyyəsi tələb edir

Bakı, 24 aprel, AZƏRTAC

İqtisadiyyatlar innovasiya ekosisteminin müxtəlif mürəkkəblik səviyyələrinə malikdir. Bu isə əsas imkanların mürəkkəblik dərəcəsindən və müxtəlif innovasiya sahələri arasındakı əlaqələrin sıxlığından asılıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.

Agentliyin rəhbəri qeyd edib ki, elmi imkanlar məhdud mürəkkəbliyə malik iqtisadiyyatlar üçün ən əlçatan hesab olunur (buraya fundamental tədqiqatlar, elmi nəşrlər və araşdırmalar daxildir).

“Texnoloji imkanlar isə yüksək inkişaf səviyyəsi tələb edir və sürətli iqtisadi artıma malik iqtisadiyyatlara yönəlib.

Sahibkarlıq bacarıqları aşağı mürəkkəblikli ekosistemlərlə daha uyğunluq təşkil edir, lakin sürətli inkişafı təmin edir.

İstehsal imkanları isə adətən yüksək mürəkkəblik tələb edir və orta səviyyəli artımla xarakterizə olunur.

Bu deyilənlər innovasiya potensialının inkişafını planlaşdırmağa imkan verir”, - deyə Agentliyin rəhbəri əlavə edib.

Müxbir- Gözəl Ağayeva
Fotoqraf – Aydın Məmmədov
Operator – Şövqi Əzizov
Seçilən
6
1
azertag.az

2Mənbələr