AZ

Azərbaycanda ali təhsil müəssisəsi işçi axtarır

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda ali təhsil müəssisəsi işçi axtarır.

Ölkə.Az-ın məlumatına görə, Odlar Yurdu Universiteti boş olan “İngilis dilində tədrisin təşkili” fakültəsinin dekanı vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Namizədlərdən profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad, ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə, rəhbər vəzifədə iş təcrübəsi, akademik və inzibati idarəetmə bacarığı, kollektivlə işləmə və qərarvermə qabiliyyəti tələb edilir.

Vakansiyaya müraciət edəcək şəxslər şəxsiyyət vəsiqəsinin, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərin siyahısını, kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halını və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər.

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi 13) İnsan Resursları Departamentinə təqdim edə bilərlər.

Son müraciət tarixi bu gündən etibarən 30 gündür.

Billurə

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
1
olke.az

2Mənbələr