
ABŞ danışıqlara mane olduğuna və ya münaqişəni qızışdırdığına inandığı İranın müəyyən liderlərinə qarşı birbaşa zərbələr endirməyi nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Qeyd olunanlar arasında əsas namizəd SEPAH-ın komandanı, briqada generalı Əhməd Vahididir.
Bildirilib ki, siyahıda bu şəxslər də var:
“İran Ali hərbi şurasının sədri, Ali rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi, İran Təhlükəsizlik və müdafiə şurasının katibi Məhəmməd Zülqədr və Ali rəhbərin hərbi məsələlər üzrə müşaviri Möhsün Rzai”.
Daşqın HəsənovMissiya.Az