AZ

Tusk: “NATO nun 5 ci maddəsinin praktikada işləyəcəyinə şübhə edirəm”

ain.az, Ayna saytına istinadən bildirir.

“Vaşinqton Polşanı Avropadakı ən yaxşı və ən yaxın müttəfiqi hesab edir"

Polşanın Baş naziri Donald Tusk təcavüzə uğrayacaqları təqdirdə ABŞ-ın Varşavanın və ya digər Avropa ölkələrinin köməyinə gələcəyinə şübhə ilə yanaşdığını bildirib. AYNA.AZ xəbər verir ki, Donald Tusk bu barədə “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Vaşinqton Polşanı Avropadakı ən yaxşı və ən yaxın müttəfiqi hesab edir. Lakin mənim üçün əsas olan, bir problem baş verərsə, bunun praktikada necə həll olunmasıdır. İnanmaq istəyirəm ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi hələ də qüvvədədir, lakin bəzi hallarda buna şübhə ilə yanaşıram. Mən bu qədər pessimist olmaq istəmirəm, amma bu gün bizə həm də praktik kontekst lazımdır”, - deyə Polşanın hökumət başçısı bildirib.

Tuskun sözlərinə görə, bu şübhələr sentyabr ayında Polşa hava məkanına daxil olan 24 naməlum dronla bağlı hadisədən sonra yaranıb. Baş nazirietiraf edib ki, tərəfdaşlarını bunun təsadüf deyil, Rusiya təxribatı olduğuna inandırmaqda çətinlik çəkir. Siyasətçi, həmçinin iddia edib ki, Rusiya illər sonra deyil, yaxın bir neçə ay ərzində “Avropaya hücum edə” bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
ayna.az

3Mənbələr