“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya kubokunun finalına yüksəlmələrinə baxmayaraq, komandada gələcəyinin qeyri-müəyyən olduğunu bildirib.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis “Atalanta” üzərində penaltilərlə qazanılan yarımfinal qələbəsindən sonra klub prezidenti ilə gələcək planları müzakirə edə bilmədiyini deyib.
Hazırda A Seriyasında 9-cu pillədə qərarlaşan Roma təmsilçisi ilə 67 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.