AZ

Küveyt hava məkanını açıb

Bakı. Trend:

Küveyt hakimiyyəti mülki təyyarələr üçün hava məkanını açmaqbarədə qərar qəbul edib.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hərbi böhranın Yaxın Şərqdə başladığı andan — 55gün sonra, ilk dəfə olaraq sərnişin reyslərinin yerli aeroportlaraeniş etməsi mümkün olub.

Bununla belə, bütün uçuşların Küveyt Mülki Aviasiya İdarəsi ilərazılaşdırılması tələbi qüvvədə saxlanılır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Seçilən
71
1
az.trend.az

2Mənbələr