AZ

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 264 milyon 687 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 % çoxdur.

Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 30 % artaraq 235 milyon 26 min dollar, bu ölkədən idxalının dəyəri isə 20,7 % artaraq 29 milyon 661 min dollar olub.

Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 4,3 %-ni , Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.

Seçilən
2
2
banco.az

10Mənbələr