AZ

“Bloomberg”: Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar başlaya bilər

Bakı, 24 aprel, AZƏRTAC

Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu ilə bağlı danışıqlar yaxın həftələrdə başlaya bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadla məlumat yayıb. Mənbənin agentliyə verdiyi məlumata görə, Aİ liderləri danışıqların birinci mərhələsinin başlanması üçün şərtlərin yerinə yetirildiyi barədə razılığa gəliblər. Lakin üzvlüyə qəbulla bağlı konkret müddət göstərilməyib.

Bundan əvvəl Prezident Volodimir Zelenski Kiyevin tam üzvlük gözlədiyini və assosiativ status variantını rədd etdiyini bildirmişdi. Bununla yanaşı, Aİ daxilində Ukraynanın ittifaqa sürətləndirilmiş qəbuluna dair şübhələr qalmaqdadır.

Seçilən
16
1
azertag.az

2Mənbələr