AZ

Çindən ABŞ yə açıq mesaj: İttihamlar əsassızdır

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın İrana aid saxlanılan bir gəmidə Pekinə məxsus hərbi yükün ola biləcəyi ilə bağlı iddialarını tamamilə rədd edib.

Milli.Az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Szyakun bildirib ki, bu cür ittihamların heç bir real sübuta əsaslanmır və rəsmi Pekin əsassız iddiaları qəbul etmir.

O həmçinin vurğulayıb ki, ölkələr arasında normal ticarət və iqtisadi münasibətlərə heç bir müdaxilə edilməməlidir və bu proseslərə süni maneələr yaradılması düzgün deyil.

Daha əvvəl Tramp ABŞ və İsrailin birgə hərbi əməliyyatları fonunda Çin tərəfindən İrana hərbi təyinatlı yüklərin göndərilməsi ehtimalına təəccübləndiyini demişdi. Onun sözlərinə görə, bu yük ABŞ Hərbi Dəniz Qüvvələrinin saxladığı İran gəmisində aşkar edilib. 

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
news.milli.az

10Mənbələr