"Qarabağ” Futbol Klubu Türkiyənin qida sektorunda fəaliyyət göstərən tanınmış brendlərindən biri olan “ÜLKER” ilə tərəfdaş olub.
"Yeni Sabah" xəbər verir ki, yeni razılaşmaya əsasən, bu mövsümün sonuna kimi tərəfdaş şirkətin loqosu komandanın oyun formalarının qol hissəsində yer alacaq.
Xatırladaq ki, Türkiyənin tanınmış brendinin Azərbaycandakı rəsmi distribütoru "Azersun Holdinq"dir.
Telegram kanalımız